Haqqımızda

Hörmətli dostlar!

Siz idman tədbirlərinin axtarış platforması olan youngtalentsgroup.com saytındasınız. Platforma geniş istifadəçi kütləsi üçün nəzərdə tutulub - özü və ya uşaqlar üçün turnir, idman düşərgələri, təlim-məşq toplantıları üçün yer, məşqçilər üçün seminarlar axtaranlar müraciət edə bilərlər. Şirkətin məqsədi Sizin daha çox yarış təcrübəsi qazanmağınız, eləcə də daha çox seçim imkanı yaranması üçün ölkələr arasından sərhədləri qaldırmaqdır!

5 idman növü üçün 20 müxtəlif dildə fəaliyyət göstərən Youngtalentsgroup.com bütün dünyada idman tədbirlərinin axtarışı üçün asan vasitə olacaq. Platformanın istifadəsi tədbirlərin təşkilatçıları kimi, iştirakçılarına da tamamilə ödənişsizdir. Platformada hər bir tədbir, təşkilatçı və ya komandanın reytinqi olacaq. Bu reytinqi platformada yer alan idman tədbirləri haqqında öz fikirlərini bildirən iştirakçılar formalaşdıracaqlar. Bizim saytdakı məlumatlar təşkilatçılar tərəfindən yerləşdirilir. Biz, sadəcə sizlərə bir-birinizi tapmaqda yardım edirik.

Həm uşaqlar, həm də böyüklərin çox şeylər öyrəndikləri möhtəşəm yarışlar və ya ixtisaslaşdırılmış düşərgələr haqqında daha çox, planetin hər tərəfindən olan insanlar məlumatlı olmalıdırlar. Öz xidmətimizlə bu məqsədin həyata keçməsi üçün maksimum səy göstəririk. İştirakçı və təşkilatçılar üçün tez-tez Verilən Suallar başlığını oxumağa tənbəllik etməyin. Platformadakı idman tədbirləri haqqında məlumatlar daim yenidir, bütün detalları əhatə edir, qiymətlər isə təşkilatçıların təklifindən aşağıdır. Asan axtarış sistemi yaxınlığınızda bə dünyanın digər guşəsində keçirilən yarışlardan sizi xəbərdar edəcək.

İştirakı rezervasiya etmək üçün "Ərizə göndər" düyməsinə basmağınız yetərlidir, təşkilatçı sizinlə əlaqə saxlayacaq. Biz həm rezervasiya, həm də səfər zamanı iştirakçının maraqlarını qorumaq üçün əlimizdən gələn hər şeyi edəcəyik. Ödənişlərin qəbulu sistemi iştirakçının seçilmiş tədbir üçün tez, asan və təhlükəsiz ödəniş etməsinə şərait yaradacaq. Sizin məlumatların qorunması üşün ən yüksək təhlükəsizlik standartlarından istifadə edirik. Bizim Konfidensiallıq Siyasətimizlə tanış olacağınız zaman şəxsi məlumatlarınızı necə qoruduğumuzu daha yaxşı başa düşəcəksiniz. Hər səfəriniz üçün, eləcə də əlavə etdiyiniz hər yeni tədbir üçün şad olacağıq!

× YoungTalentsGroup.com

Endirimli qiymətləri görmək, peşəkar və elit turnirlərə qatılmaq və bonuslar əldə etmək üçün qeydiyyatdan keçin!

Children's image Qeydiyyat

Artıq hesabınız mövcuddur?

Giriş